Menyu

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Əsəd Abbaslı
Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

"Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir, qüvvətlənir. Prezidentlərimizin təyin etdikləri hədəflər istiqamətində irəliləyirik".

"Operativ Media" xəbər verir ki, bunu Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya bu gün konsulluğun iqamətgahında keçirilən Zəfər bayramı tədbirindən sonra jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, iki ölkə arasında olan dostluq, qardaşlıq dünyada örnək olan bir haldır və bu gündən-günə genişlənir.

"Biz Bakıda səfərlik, burada konsulluq olaraq əlimizdən gələn hər şeyi edirik. Azərbaycan Qarabağda böyük zəfər əldə etdi və bu zəfər 100 illər boyu qeyd ediləcək. Buna bütün Türkiyə olaraq inanırıq. Bu il Naxçıvan üçün də önəmli bir ildir, 100 illik yubileyini qeyd edir. Bu münasibətlə bütün Naxçıvan camaatını təbrik edirəm. Türkiyə olaraq keçmişdə olduğu kimi bu gün də, gələcəkdə də Naxçıvanın yanında olacağıq. Buranın iqtisadiyyatının genişlənməsinə böyük dəstək göstərəcəyik. Buradakı qurumlarla yaxın işbirliyində birlikdə çalışırıq, əlimizdən gələn hər şeyi edirik. Gələcəkdə Naxçıvan üçün böyük layihələr həyata keçirəcəyik, buna inanıram. İnşallah, Türkiyə, Azərbaycan daha da güclənəcək, daha gözəl günlər bizi gözləyir. 30 avqust Zəfər bayramımızı bugün iqamətgahımızda böyük coşqu ilə qeyd etdik. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli başda olmaqla, Naxçıvanın Baş naziri, nazirləri və digər dövlət təşkilatlarının rəhbərləri, hökumət nümayəndələri bayram gününü bizimlə birgə qeyd etdilər. Dəvətimizi qəbul edib gələn bütün qonaqlara təşəkkür edirəm. Atatürkün türk qapısı olaraq qiymətləndirdiyi qədim türk diyarı Naxçıvanda Zəfər bayramını qeyd etmək bizim üçün böyük xoşbəxtlikdir" - deyən Asip Kaya vurğulayıb ki, 30 avqust Türkiyə tarixində böyük bir zəfərdir.

"Bu zəfəri qazandıqdan sonra Türkiyə cümhuriyyəti zəfər əldə etməklə yanaşı, həm də cümhuriyyətin təməllərini atdı. Bu zəfər bütün xalqlar üçün bir qığılcım oldu və bir çox müstəmləkə olan millətlər azadlıq uğrunda mübarizə aparıb qalib gəldilər. Bu mənada 30 avqust tək Türkiyə üçün yox, dünya bir çox millətlər üçün anlamlı bir gündür".

Teqlər:

"Ba\u015f konsul: T\u00fcrkiy\u0259 il\u0259 Az\u0259rbaycan aras\u0131nda qarda\u015fl\u0131q dostluq h\u0259r ke\u00e7\u0259n g\u00fcn daha g\u00fccl\u0259nir"

Əlaqəli Xəbərlər