İran XİN: Tehran və Bakı arasında anlaşılmazlıqlar aradan qaldırılıb
Operativ Media
İranın xarici işlər naziri Huseyn Əmir Abdullahiyan parlament sədrinin Türkiyəyə səfərinin əldə etdiyi nailiyyətlərdən danışıb.
"Operativ Media" İran KİV-ə istinadən xəbər verir ki, nazir İran parlamentinin sədri Məhəmməd-Bağır Qalibafın İran, Türkiyə və Azərbaycan Respublikası parlamentləri sədrlərinin üçtərəfli görüşündə iştirakının Tehran və Bakı arasında anlaşılmazlıqların aradan qaldırılmasına kömək etdiyini vurğulayıb.