Menyu

Ərdoğan Azərbaycandan olan şəhid ailə üzvləri ilə görüşüb 

Ərdoğan Azərbaycandan olan şəhid ailə üzvləri ilə görüşüb 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər Bayramı münasibətilə keçirilən Milli Müdafiə Nazirliyi Quru Qoşunları Məktəbinin 175-ci məzuniyyət tədbirində Azərbaycandan olan şəhid ailə üzvləri ilə görüşüb.

Bu barədə "Operativ Media"ya "Yaşat Fondu"ndan məlumat verilib.

Qeyd olunub ki, görüş fondun, "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycanın milli aviadaşıyıcısı - “Azərbaycan Hava Yolları"nın tərəfdaşlığı ilə baş tutub.

Tədbirin sonunda Ərdoğan bildirib ki, can Azərbaycanla bir və bərabər olduğumuz kimi, türk cümhuriyyətlərindəki bütün qardaşlarımızla da ürəyimiz eyni döyünür.

Sonra şəhid ailə üzvləri T.Ərdoğanın şəxsi dəvəti əsasında Prezident Sarayında təşkil olunan Zəfər Bayramı Özəl Konsert proqramında iştirak ediblər.

Qeyd edək ki, layihə Azərbaycan-Türkiyə sahəvi əməkdaşlığının sistemləşdirilməsi və dərinləşdirilməsinə dair fəaliyyət istiqamətlərinə, eləcə də Azərbaycan-Türkiyə əməkdaşlığına dair qəbul edilmiş Fəaliyyət Planına əsasən icra olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər