Menyu

Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

Nərmin Qocamanlı
Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

11 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Azərbaycan XİN-dən "Operativ Media"ya bildirilib ki, xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər.

Nazirlər həmçinin çoxtərəfli platformalarda əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Əlaqəli Xəbərlər