11 Yanvar 2023, 17:00
Ərdoğan: Əfqanıstandakı qadağalar qeyri-insanidir

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Əfqanıstandakı qadağaları qeyri-insani və qeyri-islami adlandırıb.
"Operativ Media" xəbər verir ki, Ərdoğan bildirib ki, Əfqanıstanda qızlar təhsil almalıdırlar. "Heç kim İslam adı ilə onlara mane olmasın və bunu da bizə izah etməsin. İslam belə bir şeyi qəbul etməz".-deyə o vurğulayıb.