Menyu

KİV: Türkiyə Misirə pilotsuz təyyarələr tədarük edəcək

Nərmin Qocamanlı
KİV: Türkiyə Misirə pilotsuz təyyarələr tədarük edəcək

Misir prezidenti Əbdülfəttah əs-Sisinin sentyabrın 4-də Ankaraya gözlənilən səfəri zamanı Türkiyə pilotsuz təyyarələrinin Misirə tədarükü ilə bağlı müqavilənin imzalanması planlaşdırılır.

"Operativ Media" xəbər verr ki, bu barədə “Milliyet” qəzeti məlumat yayıb.

Əl-Sisinin Türkiyəyə səfəri çərçivəsində iki ölkə arasında yüksək səviyyəli strateji əməkdaşlıq şurasının iclası keçiriləcək və ikitərəfli ticarət dövriyyəsinin ildə 10 milyard dollardan 15 milyard dollara çatdırılması perspektivləri müzakirə olunacaq. Əs-Sisi ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın danışıqlar proqramında əsas məsələ Fələstin-İsrail münaqişəsinin həlli olacaq.

“Milliyet” qeyd edir ki, tərəflər Şərqi Aralıq dənizindəki vəziyyəti, Liviya və digər regional məsələləri də ətraflı müzakirə edəcəklər. 

Teqlər:

"K\u0130V: T\u00fcrkiy\u0259 Misir\u0259 pilotsuz t\u0259yyar\u0259l\u0259r t\u0259dar\u00fck ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər