Muxtar Babayev Serbiyaya səfər edəcək
Muxtar Babayev Serbiyaya səfər edəcək.
"Operativ Media" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri Marko Curiçlə birgə keçirilən mətbuat konfransında deyib.
“Bu görüşlər və müzakirələr kontekstində strateji tərəfdaşlığa uyğun məsələlər müzakirə olunub. Strateji tərəfdaşlığın önəmini göstərən amillərdən biri də odur ki, mütəmadi olaraq yüksək səviyyədə ikitərəfli görüşlər həyata keçirilir. Cənab nazirin qısa müddət əvvəl XİN başçısı olmasına baxmayaraq qısa müddətdə Azərbacana səfər etməsi iki ölkə arasındakı münasibətlərin səviyyəsini və önəmini göstərir. Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizin təşəbbüsümüzə dəstəyi qeyd etdik. Azərbaycan-Serbiya münasibətlərini xarakterizə edən məqam qarşılıqlı dəstək və hörmət, bir-birinin ərazi bütövlüyünü dəstəkləmək önəmli məqamlardır.
2024-cü ildə COP29-un Azərbaycanda keçirilməsinin önəmini nəzərə alaraq bu kontekstdə əməkdaşlığın önəmini müzakirə etdik. Yaxın dövrdə Serbiyanın bu istiqamətdə iş birliyimizi nəzərə alaraq Muxtar Babayevin Serbiyaya səfəri nəzərdə tutulur”,-o qeyd edib.