"Gürcüstan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə töhfə verməyə hazırdır"
Nərmin Qocamanlı
Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Nikoloz Samxaradze Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Gürcüstanın qanunverici orqanının mətbuat xidməti məlumat yayıb.
“Gürcüstan tərəfi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə töhfə verməyə və Aİ-yə inteqrasiya təcrübəsini bölüşməklə Ermənistana kömək etməyə hazırdır”, - Nikoloz Samxaradze bildirib.
İrəvanda baş tutan görüşdə Samxaradze və Mirzoyan ikitərəfli gündəliyi, strateji tərəfdaşlığın əhəmiyyətini və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.
Tərəflər regional təhlükəsizlik mövzusuna və regionda sabit və sülh mühitinin yaradılmasına töhfə verəcək addımlara da toxunublar.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma