Menyu

Azərbaycan və Rusiyanın Baş prokurorları Anlaşma Memorandumu imzalayıblar

Azərbaycan və Rusiyanın Baş prokurorları Anlaşma Memorandumu imzalayıblar

Sentyabrın 4-də Rusiyanın Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Vladivostok şəhərinə işgüzar səfərə gəlib.

Baş Prokurorluqdan "Operativ Media"ya verilən məlumata görə, Primorsk diyarının prokuroluğunda hər iki dövlətin baş prokurorları arasında ikitərəfli görüş keçirilib.

Nümayəndə heyətini salamlayan İqor Krasnov ölkələrimiz arasında yüksək xətlə inkişaf edən tərəfdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edərək, sahibkarlıq üçün münbit şəraitin formalaşmasında prokurorluq orqanlarının önəmini qeyd edib.

Kamran Əliyev rusiyalı həmkarına Şərq İqtisadi Forumunda iştirak üçün dəvətə görə təşəkkürünü bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan mütərəqqi islahatlar, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyi və milli iqtisadiyyatın sürətli inkişafı barədə məlumat verərək, Rusiya Prezidenti Vladimir Putinin avqust ayında ölkəmizə dövlət səfərinin ikitərəfli münasibətlərin möhkəmləndirilməsində önəmindən bəhs edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilməklə gələcək əməkdaşlığın fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Baş prokurorlar mövcud sahəvi əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının Baş Prokurorluğu arasında hərbi prokurorluq orqanlarının əməkdaşlığına dair Anlaşma Memorandumunu imzalayıblar.

Nümayəndə heyətinin səfəri davam edir.

***

Azərbaycan və Rusiyanın Baş prokurorları Kamran Əliyev və İqor Krasnov Şərq İqtisadi Forumunda Anlaşma Memorandumu imzalayıblar.

"Operativ Media" xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

“Memorandum Azərbaycan və Rusiya prokurorluqlarının işinin təşkili sahəsində təcrübə mübadiləsini intensivləşdirməyə imkan yaradacaq, eləcə də sülh və təhlükəsizliyə təhdidlərə qarşı mübarizəyə tam töhfə verəcək”, - İ.Krasnov bildirib.

O, iki ölkənin prokurorluqları arasında əlaqələrin çoxşaxəli və konstruktiv olduğunu, qarşılıqlı hörmətə və maraqların nəzərə alınmasına əsaslandığını qeyd edib.

Bundan əlavə, İ.Krasnov ikitərəfli əlaqələr kompleksini inkişaf etdirməyə və əsas beynəlxalq platformalarda, o cümlədən BMT və MDB-də transmilli cinayət təhdidlərinin neytrallaşdırılması üçün səyləri əlaqələndirməyə hazır olduğunu təsdiqləyib.

Teqlər:

"Az\u0259rbaycan v\u0259 Rusiyan\u0131n Ba\u015f prokurorlar\u0131 Anla\u015fma Memorandumu imzalay\u0131blar"

Əlaqəli Xəbərlər