Menyu

Rusiya XİN Ermənistanı tənqid edib

Operativ Media
Rusiya XİN Ermənistanı tənqid edib

"Moskva Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi bağlamaq üçün danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu təsdiqləyir"

"Operativ Media" xəbər verir ki, bunu Rusiya XİN sözcüsü Mariya Zaxarova bildirib. O, eyni zamanda Ermənistan tərəfini də tənqid edib:

"Erməni tərəfdaşlar üçtərəfli sazişlərin ən yüksək səviyyədə hərtərəfli həyata keçirilməsinə uyğun olaraq problemlərin həllində maraqlıdırlarsa, o zaman sxolastika ilə məşğul olmaq əvəzinə, birgə işi davam etdirmək lazımdır. Rusiyanın təklifi Ermənistan-Azərbaycan münasibətləri üçün platforma təqdim etməkdir. Sülh müqaviləsi üzrə danışıqlar qüvvədə qalır. Üçtərəfli görüşün keçirilməsinə hər iki ölkə razılıq vermişdi. Amma məhz Ermənistan rəhbərliyi son anda öz XİN başçısının Moskvaya səfərini ləğv etdi. Bu nəinki sülh danışıqlarını, həm də Laçın yolu da daxil olmaqla Azərbaycan-Ermənistan normallaşmasına dair vacib məsələləri müzakirə etməyə mane oldu”, - deyə Mariya Zaxarova bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər