05 Sentyabr 2024, 16:25
“AzPost Mobile” tətbiqi istifadəyə verilib
“AzPost Mobile” tətbiqi istifadəyə verilib şəkil
“AzPost Mobile” tətbiqi istifadəyə verilib

“Azərpoçt” MMC maliyyə xidmətlərindən faydalanan müştəriləri üçün yeni mobil tətbiq istifadəyə verib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, tətbiq “Azərpoçt”a məxsus plastik kartlardan faydalanan bütün fiziki şəxslərin istifadəsi üçün nəzərdə tutulub.

“AzPost Mobile” tətbiqi vasitəsilə müştəriyə məxsus kartlar haqqında bütün məlumatlar, əməliyyatlar və çıxarışların izlənilməsi mümkündür. Eləcə də “Card to Card” (kartdan karta pulköçürmə) və kartlara limitlərin tətbiq olunması kimi əhəmiyyətli funksiyalar işləkdir. Tətbiq vasitəsilə istifadəçi həmçinin bir sıra ödənişləri (kommunal, büdcə, rabitə, kredit, təhsil, sığorta, internet və s.) icra edə bilər.

Eyni zamanda “AzPost Mobile” tətbiqi ilə “Azərpoçt”a məxsus kartları “Google Pay” və ya “Apple Pay”ə əlavə edən hər bir istifadəçi ödənişlərini təmassız şəkildə həyata keçirə bilər. Müəyyən dövr üzrə xərclərin izlənilməsini özündə əks etdirən “Statistika” bölməsinin aktiv olması da tətbiqin funksionallığını artırır.

“Azərpoçt”un “MasterCard” və “Visa” kartlarına sahib şəxslər bu tətbiqi “AppStore” və ya “Google Play”dən yükləyə bilərlər.

Qeyd edək ki, gələcəkdə bu tətbiqdə poçt məhsulları üzrə məlumatların alınması üçün yeni funksiyaların aktivləşdirilməsi nəzərdə tutulur.

Son xəbərlər
Bakı metrosunda I yarımildə daşınan sərnişin sayı açıqlanıb
Əbu-Dabidə Azərbaycan-Ermənistan danışıqları - YENİLƏNİR
Azərbaycan və Ermənistan liderləri arasında görüşün ilkin nəticələri açıqlanıb
Aİ Azərbaycan-Ermənistan danışıqlarını alıqışlayır
Murad Musayev: "Sabah" sonuncu pillədə gedirdi, növbəti mövsüm isə gözəl futbolla gümüş qazandıq"
Əbu-Dabi danışıqları başa çatıb - YENİLƏNİB
10 İyul 2025, 14:01
Xocalı soyqırımı zamanı yaralanmış şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir
Ermənistanda daha 7 nəfər terrorçuluqda şübhəli bilinərək saxlanılıb