Menyu

Prezident İlham Əliyev: Ümid edirik ki, Azərbaycanın sülh danışıqları ilə bağlı irəli sürdüyü təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək

Prezident İlham Əliyev: Ümid edirik ki, Azərbaycanın sülh danışıqları ilə bağlı irəli sürdüyü təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək

Biz Cənubi Qafqazda sülhə nail ola bilərik və bu gün Azərbaycan ilə Ermənistan arasında sülh istiqamətində aparılan danışıqlarda görürük ki, bu mümkündür.

"Operativ Media" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışında deyib.

Sülh müqaviləsinin mətnin təqribən 80 faizinin artıq razılaşdırıldığını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Atıq sərhədin delimitasiyası prosesinə, hətta demarkasiyasına nail olmuşuq. Bəli, bu, kiçik bir addımdır. On üç kilometrlilik hissə demarkasiya edilib. Bizim Ermənistanla 1000 kilometrlik sərhədimiz var. Ancaq bu, düzgün istiqamətdə atılmış addımdır və ümid edirik ki, sülh danışıqları ilə bağlı Azərbaycanın irəli sürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək”.

Teqlər:

"Prezident \u0130lham \u018fliyev: \u00dcmid edirik ki Az\u0259rbaycan\u0131n s\u00fclh dan\u0131\u015f\u0131qlar\u0131 il\u0259 ba\u011fl\u0131 ir\u0259li s\u00fcrd\u00fcy\u00fc t\u0259\u015f\u0259bb\u00fcs s\u00fclh sazi\u015finin imzalanmas\u0131 il\u0259 n\u0259tic\u0259l\u0259n\u0259c\u0259k"

Əlaqəli Xəbərlər