Menyu

İtaliya hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyir - ŞƏRH

Nərmin Qocamanlı
İtaliya hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyir - ŞƏRH

"İtaliya - Azərbaycan münasibətləri uzun illərdir sürətlə inkişaf edir. İtaliya hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyib və Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparmayıb".

Bunu "Operativ Media"ya Yeni Azərbaycan Partiyasının 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa lider namizəd Ceyhun Məmmədov bildirib.

Ceyhun Məmmədov, arxiv - Sputnik Azərbaycan, 1920, 24.10.2023

Ceyhun Məmmədov bildirib ki, Azərbaycan - İtaliya münasibətləri hər zaman bir çox dövlət üçün nümunə olub və olmaqda davam edir:

"Bu səbəblərə görə, Prezident İlham Əliyevin İtaliya səfəri xüsusi önəm daşıyır. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. İtaliya Azərbaycanın qaz və neftinin əsas alıcılarından biridir. İtaliyanın 100-ə yaxın şirkəti Azərbaycanda müxtəlif sektorlarda fəaliyyət göstərir".

Deputatlığa lider namizəd qeyd edib ki, bu gün Azərbaycan və İtaliya arasında yaşıl enerji, yaşıl kimya, ağıllı şəhər və ağıllı kənd layihələrində də birgə əməkdaşlıq edilir:

"Həmçinin, Qarabağ və digər bölgələrdə məscidlərin, mədəniyyət mərkəzlərinin tikintisində, təmir və bərpasında İtaliya şirkətləri çox böyük rol oynayır. Bütün bunlar əlaqələrimizin strateji əhəmiyyət daşıdığını göstərir. Bu həm də Azərbaycanın dünya siyasətində önəmli faktora çevrilməsinə təkan verir. Yəni bu gün dünyanın əksər ölkələri Azərbaycanla əməkdaşlığa can atır. Azərbaycanla münasibətləri inkişaf etdirməyə çalışırlar".

"Cənab Prezidentin bu səfəri əlaqələrimizin inkişafına və möhkəmlənməsinə öz ciddi və müsbət töhfəsini verəcək", - C. Məmmədov qeyd edib.

 

Nərmin Qocamanlı

Teqlər:

"\u0130taliya h\u0259r zaman Az\u0259rbaycan\u0131n haql\u0131 m\u00f6vqeyini d\u0259st\u0259kl\u0259yir - \u015e\u018fRH"

Əlaqəli Xəbərlər