http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

İlham Əliyev Braziliya Prezidentinə təbrik məktubu ünvanlayıb

07 Sentyabr 2024 , 12:10
İlham Əliyev Braziliya Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu ünvanlayıb.

"Operativ Media" xəbər verir ki, təbrik məktubunda deyilir:

"7 Sentyabr – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün Braziliya xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Biz Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Ötən dövr ərzində Azərbaycan-Braziliya əlaqələrinin həm ikitərəfli, həm də çoxtərəfli əsasda genişlənməsi bizi sevindirir.

Bu il Bakıda təşkil ediləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası zamanı Braziliya ilə birgə sıx əməkdaşlıq edəcəyimizə inanıram. Qlobal istiləşməni 1,5 C° səviyyəsində saxlamaq məqsədilə Üçlük mexanizmi çərçivəsində ölkəniz və Birləşmiş Ərəb Əmirlikləri ilə apardığımız birgə fəaliyyəti yüksək qiymətləndirirəm.

Fürsətdən istifadə edərək G20 Sammitinin keçirilməsində ölkənizə uğurlar arzulayıram.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm"

OXŞAR XƏBƏRLƏR
Bəşər Əsəd Sergey Şoyqunu qəbul edib

Bəşər Əsəd Sergey Şoyqunu qəbul edib

Özbəkistan Prezidenti Qazaxıstana səfər edəcək

Özbəkistan Prezidenti Qazaxıstana səfər edəcək

Pezeşkian: "İran qonşu ölkələrlə əlaqələri inkişaf etdirmək niyyətindədir"

Pezeşkian: "İran qonşu ölkələrlə əlaqələri inkişaf etdirmək niyyətindədir"

XƏBƏR LENTİ
  • 17:59

    Yeni tədris ilində 1,619,335 nəfər şagird təhsil alacaq
  • 17:47

    Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurlayan qardaşlar saxlanılıblar
  • 17:45

    Şuşa şəhər 1 nömrəli məktəbin direktoru: "Bu günü bizə yaşadanların ruhu qarşısında baş əyirik"
  • 17:37

    Bəşər Əsəd Sergey Şoyqunu qəbul edib
  • 17:25

    ANAMA: Ötən həftə 1115 hektar ərazi minadan və partlamamış hərbi sursatdan təmizlənib
  • 17:16

    Özbəkistan Prezidenti Qazaxıstana səfər edəcək
  • 17:07

    Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların külli miqdarda pulunun ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb
  • 17:02

    Pezeşkian: "İran qonşu ölkələrlə əlaqələri inkişaf etdirmək niyyətindədir"
Menyu