Koronavirusun “Kraken” variantının Türkiyədə geniş yayılacağı proqnozlaşdırılır
Nərmin Qocamanlı
Dünyada sürətlə yayılan koronavirusun 'Kraken' variantının Türkiyədə geniş yayılacağı proqnozlaşdırılır.
"Operativ Media" xəbər verir ki, Türkiyə Səhiyyə Nazirliyi Koronavirus Elmi Komitəsinin üzvü Dos. Dr. Afşin Emre Kayıpmaz ABŞ-da sürətlə yayılan COVID-19-un "Kraken-XBB.1.5" alt variantı ilə bağlı açıqlamalar verib.
Virusun quruluşu haqqında məlumat verən Kayıpmaz virusun bu növünün çox yoluxucu olduğunu, lakin, hazırda narahat olmağa ehtiyac olmadığını bildirib.
Qeyd edək ki, qonşu ölkələr olan Rusiya və Gürcüstanda artıq yeni ştamma yoluxma halları qeydə alınıb.
Rəsmi qrumların məlumatına görə, Azərbaycanda "Kraken" variantına yoluxma qeydə alınmayıb.