12 Yanvar 2023, 16:56
Paşinyan və Qaribaşvili arasında görüş keçirilib

Ermənistanın baş naziri Nikol Paşinyan və Gürcüstanın hökumət başçısı İrakli Qaribaşvilinin görüşü olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan baş naziri feysbukda paylaşım edib.
Onun sözlərinə görə, gürcü həmkarı ilə xüsusi söhbəti olub.
“Ermənistanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasından əvvəl İrakli Qaribaşvili ilə xüsusi söhbət etdik”, - Paşinyan bildirib.