http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Ceyhun Bayramov və Qətərin yeni səfiri arasında bölgədə mövcud vəziyyət müzakirə edilib

12 Sentyabr 2024 , 18:28
Ceyhun Bayramov və Qətərin yeni səfiri arasında bölgədə mövcud vəziyyət müzakirə  edilib

12 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin ölkəmizdəki yeni təyin olunmuş səfiri Məhəmməd Həməd Səad əl-Hacirini qəbul edib.

"Operativ Media" xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.

Məlumata görə, nazir Ceyhun Bayramov səfir Məhəmməd Həməd Səad əl-Hacirini təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Görüş zamanı Azərbaycan və Qətər arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, gələcək planlar, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.

İki ölkə arasında siyasi, iqtisadi-ticarət, təhsil, humanitar və s. sahələr üzrə uğurlu əməkdaşlığın mövcudluğu məmnunluqla qeyd edilib. Yaxın günlərdə ölkələrimiz arasında diplomatik münasibətlərin əsasının qoyulmasının 30-cu ildönümünün tamam olacağı diqqətə çatdırılıb.

Mövcud əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində bir sıra mexanizmlər, o cümlədən siyasi məsləhətləşmələr, habelə Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyət imkanlarından istifadənin əhəmiyyəti qeyd olunub.

İkitərəfli əməkdaşlıq ilə yanaşı, regional və beynəlxalq təşkilatılar çərçivəsində qarşılıqlı faydalı fəaliyyətin təqdirəlayiq olduğu, xüsusilə Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində əməkdaşlıq üçün yeni imkanların yarandığı diqqətə çatdırılıb.

Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması ilə keçmiş münaqişəyə son qoyulması, postmünaqişə dövründə bölgədə aparılan yenidənqurma işləri, habelə Ermənistanla münasibətlərin normallaşması prosesindən ətraflı bəhs olunub.

Səfir Məhəmməd Həməd Səad əl-Haciri qəbula və təbriklərə görə təşəkkür edib, fəaliyyəti müddətində Azərbaycan və Qətər arasında mövcud əməkdaşlığın inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

OXŞAR XƏBƏRLƏR
XİN: Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir

XİN: Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir

Zelenski Almaniyanın Prezidenti ilə görüşüb

Zelenski Almaniyanın Prezidenti ilə görüşüb

Azərbaycan ilə İspaniya arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan ilə İspaniya arasında siyasi məsləhətləşmələr keçirilib

XƏBƏR LENTİ
  • 00:32

    XİN: Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir
    XİN: Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir
  • Dünən
    23:41

    Zelenski Almaniyanın Prezidenti ilə görüşüb
  • Dünən
    23:33

    Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların iki bazasına zərbələr endirib
  • Dünən
    23:16

    “Milton” qasırğası nəticəsində ölənlərin sayı artıb
  • Dünən
    22:59

    Rusiya FHN Ukraynaya məxsus PUA-nın hücumuna məruz qalıb
  • Dünən
    22:47

    Fernandu Santuş: "İlk qolu buraxdıqdan sonra komanda da ruh düşkünlüyü yarandı"
  • Dünən
    22:39

    BMT: İsrailin hücumları bütün beynəlxalq hüquqa əsaslanan nizama təsir edir
  • Dünən
    22:18

    Yalçın Rəfiyev Kiçik Ada Dövlətləri Alyansının nümayəndələri ilə görüşüb
Menyu