Tələbələrə verilən Prezident təqadünün məbləği artırıldı
Operativ Media
Azərbaycanda tələbələrə verilən Prezident təqadünün məbləği artırılıb.
"Operativ Media"nın xəbərinə görə, bu, Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında öz əksini tapıb.
Tələbələrə verilən Prezident təqaüdünün məbləği 2023-cü il yanvarın 1-dən 275 (iki yüz yetmiş beş) manat müəyyən edilib.