http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Azərbaycan XİN Niderlanda cavab verib

17 Sentyabr 2024 , 13:12
Azərbaycan XİN Niderlanda cavab verib

"Təəssüf ki, Niderland tərəfi növbəti dəfə Azərbaycana və postmünaqişə dövründə regiondakı mövcud vəziyyətə münasibətdə qərəzli yanaşma nümayiş etdirir".

"Operativ Media" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Niderland Krallığı tərəfindən 13 sentyabr 2024-cü il tarixində dərc olunmuş hökumət proqramının “Beynəlxalq təhlükəsizlik” bölməsində yer alan iddialarla bağlı yerli medianın sualına cavabında bildirib:

"Əvvəla, bu ölkənin Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi qeyd etməsi qəbuledilməzdir. Qarabağ bölgəsi hər zaman ölkəmizin ayrılmaz hissəsi olub və 30 ilə yaxın Ermənistanın qanunsuz işğalı altında idi. Niderlandın Ermənistanın bu qanunsuz hərəkətlərinə göz yumması təəssüf doğurur. Azərbaycanın bu ərazilərin azad edilməsi ilə bağlı tədbirləri beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, habelə bu və ya digər şəkildə yanlış dəyərləndirilə bilinməyəcək qədər ölkəmizin suveren hüququ olub.

Bununla yanaşı, biz Azərbaycanın Qarabağ bölgəsinin qondarma “Dağlıq Qarabağ” şəklində yanlış adlandırılmasını qətiyyətlə rədd edirik. Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının daha bir bariz təzahürüdür. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati və ya coğrafi vahid olmadığını, habelə hər bir dövlət və təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən standartlaşdırılmış və Birləşmiş Millətlər Təşkilatının Coğrafi Adlar üzrə Ekspertlər Qrupu çərçivəsində qəbul edilmiş coğrafi adlara istinad etməli olduğunu bir daha təkrar edirik.

Biz Niderland tərəfini Azərbaycan və Niderland arasında ikitərəfli münasibətləri daha da sarsıdan və regionun beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafına mane olan bu cür bəyanatlara son qoymağa çağırırıq".

OXŞAR XƏBƏRLƏR
XİN: Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir

XİN: Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir

Zelenski Almaniyanın Prezidenti ilə görüşüb

Zelenski Almaniyanın Prezidenti ilə görüşüb

Azərbaycan ilə İspaniya arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan ilə İspaniya arasında siyasi məsləhətləşmələr keçirilib

XƏBƏR LENTİ
  • 00:32

    XİN: Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir
    XİN: Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir
  • Dünən
    23:41

    Zelenski Almaniyanın Prezidenti ilə görüşüb
  • Dünən
    23:33

    Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların iki bazasına zərbələr endirib
  • Dünən
    23:16

    “Milton” qasırğası nəticəsində ölənlərin sayı artıb
  • Dünən
    22:59

    Rusiya FHN Ukraynaya məxsus PUA-nın hücumuna məruz qalıb
  • Dünən
    22:47

    Fernandu Santuş: "İlk qolu buraxdıqdan sonra komanda da ruh düşkünlüyü yarandı"
  • Dünən
    22:39

    BMT: İsrailin hücumları bütün beynəlxalq hüquqa əsaslanan nizama təsir edir
  • Dünən
    22:18

    Yalçın Rəfiyev Kiçik Ada Dövlətləri Alyansının nümayəndələri ilə görüşüb
Menyu