http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Ceyhun Bayramov və Murat Nurtleu arasında telefon danışığı baş tutub

17 Sentyabr 2024 , 19:33
Ceyhun Bayramov və Murat Nurtleu arasında telefon danışığı baş tutub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı baş tutub.

Bu barədə "Operativ Media"a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Telefon danışığı zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli strateji əməkdaşlıq məsələləri, habelə regional əlaqələr müzakirə olunub.

Tərəflər həmçinin beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq perspektivlərinə dair müzakirə aparıblar.

Müzakirə çərçivəsində Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) 2024-2026-cı illər üzrə sədrliyinə dair prioritet istiqamətlərə toxunulub.

Hər iki tərəf Azərbaycan və Qazaxıstan arasında münasibətlərin strateji tərəfdaşlıq, dostluq və çoxşaxəli əməkdaşlığa əsaslanmasından məmnunluqlarını ifadə ediblər.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edəcək

Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edəcək

ABŞ senatoru Sanders İsrailə silah satışını dayandırmaq üçün qanun layihəsi təqdim edəcək

ABŞ senatoru Sanders İsrailə silah satışını dayandırmaq üçün qanun layihəsi təqdim edəcək

XƏBƏR LENTİ
  • 10:42

    Azərbaycanın ilk kibertəhlükəsizlik məhsulunun təqdimatı olub
  • 10:32

    Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib
    Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib
  • 10:23

    Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək
  • 10:17

    FHN Respublika Psixiatriya Xəstəxanasında maarifləndirmə tədbiri keçirib
  • 10:16

    Allahverən İsmayılov: Azərbaycan beynəlxalq səviyyəli Kibertəhlükəsizlik İndeksinin reytinq cədvəlində 36 pillə irəliləyib
  • 10:11

    Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
  • 10:11

    Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
    Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
  • 10:07

    Antiterror əməliyyatlarında şəhid olan hərbi qulluqçuların anım tədbiri keçirilib
Menyu