Menyu

Ermənistan KİV: Makron İrəvana gəlməyəcək

Redaksiya
Ermənistan KİV: Makron İrəvana gəlməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 4-5-də keçiriləcək 19-cu Frankofoniya Sammitində iştiraka dəvət olunub.

"Operativ Media" Ermənistan KİV-ə istinadən bildirir ki, tədbirlə əlaqədar Fransa prezidenti Emmanuel Makronun Ermənistanın Müstəqillik Günündə İrəvana səfəri təxirə düşüb.

Qeyd olunub ki, həm də Fransa XİN rəhbərinin bir neçə gün əvvəl Ermənistana səfər etməsi Makronun bu ölkəyə gələcəyi ilə bağlı yayılan iddiaların ehtimalını azaldıb.

Xatırladaq ki, 2021-ci ildə Nikol Paşinyan Parisdə Makronla görüşü zamanı onu İrəvana dəvət edib. Lakin səfər baş tutmayıb.

Son günlər Ermənistanın hökumətə yaxın medialarında Makronun sentyabrın 21-də İrəvana səfər edəcəyi xəbəri yayılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər