13 Yanvar 2023, 13:40
AYİB-in vitse-prezidenti Cənubi Qafqaza səfər edəcək

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman və Şərqi Avropa və Qafqaz üzrə icraçı direktor Matteo Patrone yanvarın 16-19-u aralığında Cənubi Qafqaza səfər edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə AYİB məlumat yayıb.
Bildirilib ki, Bankın nümayəndələri əvvəlcə Ermənistanda, sonra Gürcüstan və sonra isə Azərbaycana gələcəklər. Bankın nümayəndə heyəti yüksək dövlət rəsmiləri, diplomatik tərəfdaşlar və mövcud müştərilərlə görüşəcək. Onlar həmçinin, Azərbaycan Mərkəzi Bankında da olacaq.