Hikmət Hacıyev: Ermənistanın işğalı zamanı Azərbaycanın bir çox mədəniyyət və dini abidələri dağıdılıb
Nərmin Qocamanlı
"Ermənistanın işğalı zamanı Azərbaycanın bir çox mədəniyyət və dini abidələri dağıdılıb, talan edilib və ya saxtalaşdırılıb".
"Operativ Media" xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev "X"də bildirib.
"Xudavəng monastırı da bu vandalizmin tərkib hissəsi kimi təhrif və saxtakarlığa məruz qalmışdır.
Müharibədən sonra Azərbaycan bu ərazilərdə mədəni irsin bərpasına ciddi sadiqdir və onun bu sahədə təcrübəsi nümunə ola bilər. Xudavəng kimi abidələrin öz ilkin tarixi formasında bərpası və mühafizəsi bu siyasətin tərkib hissəsidir", - o, bildirib.
The Khudavang Monastery is one of the important examples of Azerbaijan’s historical and cultural heritage. All religious and cultural monuments in Azerbaijan are protected and restored by the state, which demonstrates Azerbaijan’s commitment to preserving its cultural legacy.… pic.twitter.com/EHuHWwal7W