ABŞ senatoru Sanders İsrailə silah satışını dayandırmaq üçün qanun layihəsi təqdim edəcək
Əziz Əzizli
ABŞ-li müstəqil senator Sanders yazılı açıqlama verərək İsrailə silah satışını dayandırmaq istiqamətində yeni addım atıb.
"Operativ Media" xəbər verir ki, Sanders Senat üzvlərinə göndərdiyi bəyanatda bu istiqamətdə gələn həftə qanun layihəsi təqdim edəcəyini və bunun İsrailə silah satışını dayandırmağın yeganə yolu olduğunu bildirib.
İsrailin Qəzzada 41 mindən çox insanın ölümünə səbəb olan hücumlarında Amerika istehsalı silahlardan geniş şəkildə istifadə edildiyini vurğulayan Sanders, ABŞ-nin bir müddət əvvəl İsrailə 20 milyard dollarlıq silah satışına icazə verdiyini xatırladıb.