Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edəcək
Əziz Əzizli
Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 24-də BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək.
"Operativ Media"nın xəbərinə görə, bu barədə “Reuters”ə Sloveniyanın BMT-dəki missiyası bildirib.
Qeyd olunur ki, Təhlükəsizlik Şurasının iclası Rusiyanın Ukraynaya qarşı müharibəsinə həsr olunacaq və dünya liderlərinin BMT Baş Assambleyasının illik sessiyasında Nyu-Yorkda olacağı vaxtda keçiriləcək.
İclas Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Yaponiya, Cənubi Koreya və Malta tərəfindən çağırılıb.
Xatırladaq ki, Zelenski gələn həftə Ukraynanın yeni qələbə planını təqdim etmək üçün ABŞ-yə səfər edəcək
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net