19 Sentyabr 2024, 11:09
Nazirlik özəl tibb müəssisələrinə xəbərdarlıq edib
Nazirlik özəl tibb müəssisələrinə xəbərdarlıq edib şəkil
Nazirlik özəl tibb müəssisələrinə xəbərdarlıq edib

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 14-1.1-ci maddəsinə əsasən bioloji aktiv qida məhsullarının (BAQM) reseptə yazılması qadağan olunub. Həmçinin, həmin Qanunun 14-1.3-cü maddəsinə əsasən, bioloji aktiv qida məhsullarının üzərində və istifadə təlimatlarında (içlik vərəqlərində) əmtəə nişanı adının yazıldığı hər yerdə əmtəə nişanı adının altında onunla eyni ölçüdə və şriftdə olan ağ fonda qara rəngli aydın, seçilən, qalın və böyük hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmuşan “DƏRMAN VASİTƏSİ DEYİLDİR!” sözlərinin yazılması məcburi xarakter daşıyır.

"Operativ Media"xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, yuxarıda qeyd olunan sahədə qanunvericiliyin tələblərinə riayət olunmasına və neqativ hallara səbəb ola biləcək amillərin aradan qaldırılması məqsədilə özəl tibb müəssisələrində resept yazmaq hüququna malik tibb işçiləri tərəfindən buraxılan reseptlərdə bioloji aktiv qida məhsullarının yazılmasının qarşısının alınması üçün Analitik Ekspertiza Mərkəzinin səlahiyyətləri çərçivəsində maarifləndirici, preventiv və qanunvericiliklə müəyyən olunmuş inzibati tədbirlərin görülməsi nəzərdə tutulur.

Nəzərinizə çatdırırıq ki, elektron resept sisteminə keçid ilə əlaqədar özəl tibb müəssisələrində və aptek təşkilatlarında plan üzrə və plandankənar yoxlamaların aparılması zamanı həmin müəssisələrdə resept yazmaq hüququna malik tibb işçiləri tərəfindən yazılan reseptlərdə bioloji aktiv qida məhsullarının yazılması, həmçinin belə reseptlər əsasında BAQM satışı hallarının aşkar edilməsi üçün nəzarət gücləndiriləcək.

Son xəbərlər
İƏT ABŞ-nin İranın nüvə obyektlərinə hücumlarını pisləyib
Qərbi Azərbaycan İcması dəstəyə görə İƏT üzv dövlətlərinə təşəkkür edib
İran XİN: ABŞ bu müharibənin nəticələrinə görə məsuliyyət daşımalıdır
Fatih Altaylı həbs edilib
Qazaxıstanda təyyarə qəzaya uğrayıb
Azərbaycan cüdoçuları Avropa Kubokunda 5 medal qazandılar
XİN: İƏT çərçivəsində Qərbi Azərbaycan İcması ilə bağlı ilk qətnamə qəbul olunub
Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana təxliyə edilib