Menyu

Tacikistanın Orta Dəhliz vasitəsilə Avropa bazarlarına çıxış imkanları müzakirə edilib

Nərmin Qocamanlı
Tacikistanın Orta Dəhliz vasitəsilə Avropa bazarlarına çıxış imkanları müzakirə edilib

Sentyabrın 19-20-də Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov və “Tacikistan Dəmir Yolları” Dövlət Unitar Müəssisəsinin Yol rəisinin birinci müavini Sorbon Qulaxmadov arasında görüş olub.

ADY-dən "Operativ Media"ya bildirilib ki, görüşdə Azərbaycan və Tacikistan arasında dəmir yolu sahəsində əməkdaşlığın əsas istiqamətləri və inkişaf perspektivləri, xüsusilə Tacikistanın Orta Dəhliz vasitəsilə Avropa bazarlarına çıxış imkanları müzakirə edilib.

Qeyd olunub ki, Çin-Tacikistan avtomobil yolu ilə çatdırılan yüklərin Tacikistandan Avrasiya Nəqliyyat Marşrutu ilə dəmir yolu vasitəsilə qərb istiqamətində daşınması Orta Dəhlizin şaxələndirilməsi üçün mühüm imkanlar təqdim edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər