Qazaxıstanda Nursultan Nazarbayevə xüsusi imtiyazlar verən qanun ləğv edilib

Nərmin Qocamanlı
Qazaxıstanda Nursultan Nazarbayevə xüsusi imtiyazlar verən qanun ləğv edilib

Qazaxıstanda qurucu prezident Nursultan Nazarbayevə xüsusi imtiyazlar verən qanun ləğv edilib.

"Operativ Media" xəbər verir ki, bununla bağlı Qazaxıstan Parlamenti iclas keçirib.

Konstitusiyada Nazarbayevə xüsusi imtiyazlar verən qanun birgə iclasda yekdilliklə ləğv edilib.

Bundan sonra Nazarbayevin adı Konstitusiyada “millətin lideri” mənasını verən “Elbaşı” başlığı ilə yazılmayacaq və onun məhdudiyyətsiz prezident seçilmək hüququ olmayacaq. Bundan əlavə, onun Qazaxıstan xalqına müraciət etmək, dövlət quruculuğunda, təhlükəsizliyində, daxili və xarici siyasətində təşəbbüs göstərmək, Konstitusiya Şurasının üzvü olmaq kimi ömürlük hüquqları ləğv ediləcək.

Nazarbayevin ailəsi isə mülklərini və bank hesablarını məxfi saxlamaq və sorğu-sual olunmamaq da daxil olmaqla, toxunulmazlığını itirəcək.

Digər xəbərlər