http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub

20 Sentyabr 2024 , 17:23
Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub

Qırğız Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək məqsədilə Ali Məhkəmənin sədri İnam Kərimov Bişkek şəhərində səfərdə olub.

Bu barədə "Operativ Media" Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində İnam Kərimov Qırğızıstan Ali Məhkəməsinin sədri Zamirbek Bazarbekov ilə ikitərəfli görüş keçirib. Görüşdə məhkəmə sisteminin təkmilləşdirilməsi, məhkəmə hakimiyyətinin rolunun və nüfuzunun gücləndirilməsi, hakim korpusunun yetişdirilməsi və məhkəmələrin fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Növbəti gün Qırğızıstan Prezidenti Sadır Japarov tədbirlə əlaqədar Qırğız Respublikasında səfərdə olan müxtəlif ölkələrin nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib. Görüşdə qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində hüquqi, humanitar və elmi-təcrübə mübadiləsi sahəsində görülən işlər diqqətə çatdırılıb. Məhkəmə sistemində əməkdaşlıq üçün böyük potensialın mövcud olduğu qeyd edilib.

Sonra nümayəndə heyətləri Qırğız Respublikası Ali Məhkəməsinin 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbirdə iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB

Baş Qərargah rəisi İtaliyada NATO Müdafiə Kollecini ziyarət edib

Baş Qərargah rəisi İtaliyada NATO Müdafiə Kollecini ziyarət edib

XƏBƏR LENTİ
  • 19:08

    Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
  • 19:02

    Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
  • 18:59

    Hizbullah İsrailə raket zərbələri endirib
  • 18:54

    Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı
  • 18:50

    İsrail ordusu Livanın paytaxtına zərbə endirib - YENİLƏNİB
  • 18:24

    143 milyonluq mənimsəmə ilə bağlı ekspertiza keçiriləcək
  • 18:20

    Sentyabr ayının pensiya ödənişi yekunlaşıb
  • 18:07

    ABŞ səfiri: Azərbaycan və ABŞ arasında “yaşıl enerji” sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensial var
Menyu