http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Türkiyə Prezidenti ABŞ-yə səfər edib

21 Sentyabr 2024 , 16:36
Türkiyə Prezidenti ABŞ-yə səfər edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu toplantısında iştirak etmək üçün ABŞ-yə yola düşüb.

"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, səfərdən əvvəl Prezident Ərdoğan İstanbulun Atatürk hava limanında mətbuata açıqlama verib.

Ölkə başçısı bildirib ki, son vaxtlar bölgədə və dünyada baş verən hadisələr, eləcə də rəqəmsal hücumlar nəzərə alınaraq Türkiyə başda müdafiə sənayesi olmaqla bütün imkanlarını səfərbər edib.

Qeyd edilib ki, başda Qərb olmaqla dünya ölkələri artıq İsrail-Fələstin münaqişəsinin həlli istiqamətində birləşməlidir. Bütün bunları nəzərə alaraq Nyu-Yorkdakı “Türk evində” keçiriləcək fərqli görüşlərdə atılması artıq vacib hal alan bir sıra addımlar müzakirə olunacaq. Görüşlər təkcə dövlət və hökumət başçıları ilə deyil, Amerikada yaşayan türklər və ticarət təmsilçiləri ilə də keçiriləcək.

Qeyd edək ki, Nyu-Yorkda keçiriləcək toplantıya 193 ölkənin hökumət və dövlət başçıları qatılacaq. Türkiyə Prezidenti sentyabrın 24-də BMT tribunasından 14-cü dəfə çıxış edəcək. Ərdoğanın çıxışı zamanı başqa İsrail-Fələstin qarşıdurması olmaqla, bölgədə və dünyada baş verən son hadisələri, eləcə də regiondakı gərginliyin artma ehtimallarını əsas götürərək BMT-nin yenidən formalaşdırılmasının zəruriliyini vurğulaması gözlənilir.

OXŞAR XƏBƏRLƏR
VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Pezeşkian Nyu-Yorka səfər edəcək

Pezeşkian Nyu-Yorka səfər edəcək

Putin Paşinyanı təbrik edib

Putin Paşinyanı təbrik edib

XƏBƏR LENTİ
  • 18:39

    Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb
  • 18:23

    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
  • 17:47

    İraqın şimalında 17 terrorçu zərərsizləşdirilib
  • 17:10

    VII çağırış Milli Məclisin deputatları - SİYAHI
    VII çağırış Milli Məclisin deputatları - SİYAHI
  • 17:09

    Mahir Emreli "Nürnberq"də debüt etdi
  • 17:05

    Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB
    Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB
  • 17:03

    Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
    Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
  • 17:00

    Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
    Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
Menyu