Menyu

Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb

Əsəd Abbaslı
Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasında iştirak məqsədilə ABŞ-nin Nyu York şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə "Operativ Media"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Baş Assambleyasının 79-cu sessiyasında, o cümlədən bir sıra digər beynəlxalq tədbirlərdə çıxış etməsi, habelə sessiyanın yüksək səviyyəli həftəsi çərçivəsində xarici dövlət rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Teqlər:

"Ceyhun Bayramov AB\u015e-a i\u015fg\u00fczar s\u0259f\u0259r\u0259 yola d\u00fc\u015f\u00fcb"

Əlaqəli Xəbərlər