Tramp: Əgər seçkidə məğlub olsam, 2028-ci ildə yenidən namizəd olmayacağam
Əziz Əzizli
ABŞ-ın keçmiş prezidenti Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində məğlub olacağı təqdirdə 2028-ci il seçkilərində yenidən namizəd olmayacağını bildirib.
"Operativ Media" xəbər verir ki, 78 yaşlı Tramp ardıcıl üç seçkidə Respublikaçılar Partiyasının prezidentliyə namizədi olub və son səkkiz ildə Respublikaçılar Partiyasını əhəmiyyətli dərəcədə yenidən formalaşdırıb.
"Sinclair Media Group"a verdiyi müsahibədə Trampdan Demokratlar Partiyasından prezidentliyə namizəd və vitse-prezident Kamala Harrisə uduzacağı təqdirdə yenidən namizəd olub-olmayacağı sualına “Xeyr, belə düşünmürəm, bu, sonuncu dəfə olacaq". deyə cavablayıb.
Bununla belə, Tramp “Ümid edirəm ki, çox uğurlu olacağıq” deyə bildirib.