Beynəlxalq Ədalət Məhkəməsi 31 yanvarda Azərbaycanın şikayətinə baxacaq
Operativ Media
Beynəlxalq Ədalət Məhkəməsi 31 yanvarda Azərbaycanın Ermənistana qarşı qaldırdığı şikayətinə baxacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə məhkəmənin rəsmi tviter hesabında paylaşım edilib.
Qeyd edək ki, Azərbaycan tərəfi Ermənistanın azərbaycanlıların insan hüquqlarının məqsədyönlü şəkildə pozulmasına cavab olaraq, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya (CERD) çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə ikinci müraciətini təqdim edib.