T️ürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Bəşər Əsəd arasında uzun illərdən sonra ilk görüş oktyabrda BRİKS sammiti zamanı və ya bir qədər sonra Kazanda baş tuta bilər.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti yazır.
Bununla belə, Ərdoğanın ofisi bəyan edib ki, BRİKS-in Kazanda keçirilən sammitində Türkiyə və Suriya liderlərinin görüşü ilə bağlı Ankara ilə Dəməşq arasında razılıq yoxdur.