Azərbaycan və Çin qonşu ölkələrlə əməkdaşlıq məsələlərini müzakirə edib
Nərmin Qocamanlı
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad NəbiyevÇinə işgüzar səfəri çərçivəsində Çinin Orta Dəhliz üzərindən fəaliyyət göstərən aparıcı logistika şirkətlərinin rəhbərləri və əyalətlərin rəsmiləri ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə nazir öz "X" hesabında paylaşım edib.
Görüşdə Orta Dəhliz vasitəsilə daşımaların təşkili, infrastrukturun ötürücülük qabiliyyətinin artırılması sahəsində gorülən işlər və qonşu ölkələrlə əməkdaşlıq məsələləri müzakirə edilib.
"Çin nümayəndələri son zamanlar Orta Dəhliz üzrə daşımaların sürətinin artmasında, keyfiyyət göstəricilərində irəliləyiş müşahidə olunduğunu bildirdilər", - nazir qeyd edib.