http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Azərbaycan Ombudsmanı və UNICEF arasında gələcək əməkdaşlıq müzakirə edilib

24 Sentyabr 2024 , 17:37
Azərbaycan Ombudsmanı və UNICEF arasında gələcək əməkdaşlıq müzakirə edilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) arasında gələcək əməkdaşlıq müzakirə edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Qeyd edilib ki, Ombudsman Səbinə Əliyeva UNICEF-in Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Saca Faruq Abdullahı qəbul edib.

Görüş zamanı Müvəkkil uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti haqqında qonağa ətraflı məlumat verib. Beynəlxalq əməkdaşlıq çərçivəsində fəaliyyətindən danışan Ombudsman beynəlxalq təşkilatlarla, həmçinin BMT və onun ixtisaslaşmış qurumları ilə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, bir sıra önəmli layihələrin həyata keçirildiyini qeyd edib.

Müvəkkil Ombudsman təsisatı ilə UNICEF arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayaraq müvafiq sahədə görülmüş işlərdən danışıb.

S.Əliyeva “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş son dəyişikliklər barədə məlumat verərək, uşaq hüquqlarının müdafiəsi və bir sıra digər sahələrdə mandatının genişləndiyini bildirib. Ombudsman milli preventiv, habelə uşaq hüquqları sahəsində müstəqil monitorinq mexanizmləri çərçivəsində, eləcə də yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsi, məhkumların və onların ailə üzvlərinin müraciətləri əsasında ölkə Prezidentinə əfv təklifləri ilə müraciət etməsi və digər istiqamətlərdə görülən işlər haqqında da geniş məlumat verib.

Həmçinin müvəkkil azad edilmiş ərazilərdə işğal dövründə Ermənistan tərəfindən basdırılmış minaların mülki şəxslərin həyat və sağlamlığına təhlükə yaratdığını bildirib, uşaqların da minadan zərər çəkən şəxslər arasında olduğunu və onların mina təhlükəsizliyi barəsində məlumatlandırılmasının əhəmiyyətini vurğulayıb.

Görüşdə, həmçinin qurumlar arasında gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB

İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB

Dövlət büdcəsinin layihəsi gələn il Prezidentə təqdim ediləcək

Dövlət büdcəsinin layihəsi gələn il Prezidentə təqdim ediləcək

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Azərbaycana təşəkkür edib

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Azərbaycana təşəkkür edib

XƏBƏR LENTİ
  • 20:23

    ADY sədri Rövşən Rüstəmov Berlində keçirilən “InnoTrans” beynəlxalq sərgisində iştirak edir
  • 20:11

    Sabunçu rayonunda qaz olmayacaq
  • 20:01

    "Kəpəz" yeni transferini açıqladı
  • 19:53

    Bayden Rusiyaya qarşı müharibədə qələbə çalana qədər Ukraynanı dəstəkləyəcəyini vəd edib
  • 19:48

    Bayden BMT Baş Assambleyasında çıxış edib: HƏMAS və İsrail arasında müharibə bitməlidir
  • 19:45

    ANAMA rəsmisi NATO Nümayəndəliyi ilə görüş keçirib
  • 19:37

    İsrail hücumu zamanı Hizbullah komandiri Kubeysi öldürülüb
  • 19:32

    Ərdoğan: Fələstini tanımayan dövlətləri tezliklə tanımağa dəvət edirəm
Menyu