http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Zahir Xəlilov: Göyçə adlı bir həsrətim var mənim

14 Yanvar 2023 , 14:28
Zahir Xəlilov: Göyçə adlı bir həsrətim var mənim

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında, Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü, bölgələrdə yaşayan vaxtilə Ermənistandan deportasiya olunmuş vətəndaşlarda  xoş təəssürat yaratmış və doğma torpaqlarına qayıdacaqlarına ümidlərini artırmışdır.

"Operativ Media" xəbər verir ki, bu, Zahir Xəlilovun "Respublika" qazetində dərc olunan yazısında öz əksini tapıb. 

Qərbi Azərbaycanın dilbər guşələrindən olan Göyçə mahalının Nərimanlı kəndində yaşayıb –yaratmış, varlığı ilə vətəninə bağlı olan təcrübəli pedaqoq Niftalı Quliyevlə  həmsöhbət olduq. O, bir qədər də doluqxsunaraq bu faciədən söz açdı və bildirdi ki, çox şükür olsun ki, Ulu Tanrı bizə  daimi fəxr edəcəyimiz, qürur duyduğumuz   İlham Əliyev kimi dövlət başçısı bəxş edib. Bizim bütün dünyada başımızı uca etdi, yaşamaq həvəsimizi artırdı.     

Məhz onun rəhbərliyi, cəsur ordumuzun gücü ilə “alınmaz qala” olan Şuşamızı, Qarabağımızı özümüzə qaytardı.   

Bu gün biz əminik ki, nəğməli- zümzüməli Göyçəmizi, gözəllər gözəli Göyçə gölünü bizə ərməğan edəcək. Çünki bizim ona haqqımız çatır... 

Onu da qeyd edək ki, Basarkeçər 1922-ci ilə qədər Azərbaycanın tərkibində olub.  Göyçə gölünün ətrafında başqa bir neçə rayon yerləşsə də, yalnız Basarkeçər Göyçə sayılırdı. Çünki yalnız orada azərbaycanlılar kompakt şəkildə yaşayırdı. Eyni zamanda ecazkar yaylaqları, buzlu bulaqları, nadir qızıl balıqları ilə tanınırdı. İnsanlar rahat yaşayır, əkinçilik və maldarlıqla məşğul olurdu. Onu xüsusilə qeyd etmək lazımdır ki, təhsilə diqqət və qayğı olduqca yüksək idi. Tədris elə yüksək səviyyədə təşkil edilirdi ki, bir dəqiqə belə boş keçmirdi. Demək olar ki, məzunların 98-100 faizi ali məktəblərə daxil olur, institutu bitirərək, öz yurd-yuvalarına qayıdır və ixtisaslarına uyğun işləyirdilər. Bu, belə qəbul olunmuşdu.Yaraşıqlı evlər tikilirdi, heç bir maneə yox idi. Onlar nə biləydilər ki, xain, xəbis qonşular gizli plan hazırlayıb onları vətənlərindən didərgin salacaqlar... 

1988-ci ilin fevral ayında keçmiş Dağlıq Qarabağ ərazisində ermənilər iğtişaşlara başladılar. Böyük nümayişlər keçirir, Qarabağın Ermənistana birləşdirilməsini tələb edirdilər. O zaman mənim də təşəbbüsümlə bir neçə müəllimi Kəlbəcərə yola saldıq ki, həm SSRİ-nin başçısı Mixail Qorbaçova, həm də Azərbaycan  rəhbərliyinə teleqram vurub ermənilərin Qarabağın Ermənistana birləşdirilməsi tələbinə etirazımızı bildirək. 

Lakin teleqramlarımıza cavab gəlmirdi, Göyçə köməksiz, tək qaldı.1988-ci ilin avqustunda Nərimanlı kəndi yaxınlığında, "Göy körpü" deyilən yerdə böyük bir nümayiş keçirdik. Mitinqdə Basarkeçərin bütün kəndlərindən minlərlə azərbaycanlı iştirak etdi. Onu da qeyd edim ki, həmin günlərdə rayonda bir erməni də qalmamış, hamısı qorxudan İrəvana qaçmışdı. Göyçə dədə-baba yurdumuzdur. Biz torpaqlarımızdan çıxmaq istəmir, Bakıdan dəstək gözləyirdik. Həmin vaxt Azərbaycanda hakimiyyət dəyişikliyi baş vermiş,  Əbdürrəhman Vəzirov vəzifəyə gəlmişdi. Bəli, biz səriştəsiz Azərbaycan rəhbərliyinin qurbanı olduq...Göyçədən çıxmamaq üçün çox mübarizə apardıq, amma imdadımıza çatan olmadı. Bizi köməksiz görən ermənilər çox harınladılar. Evlərə soxulur, yolları kəsir, rayon mərkəzinə gedənləri döyür, daşa basırdılar. "Göy körpü" deyilən yerdə axşamdan  səhərə qədər qarovul çəkirdik. Çox az adamda silah vardı. Yaba, çomaq, kim nə tapırdısa götürüb kənd camaatını ermənilərdən qorumağa çalışırdıq.  Rayon rəhbərliyi də erməni idi. Kəndlilərə xəbər göndərirdi ki, Göyçədən çıxın, yoxsa hamınız qırılacaqsınız. Ermənilər günü-gündən azğınlaşır, bizim sıralarımız isə seyrəlirdi. Dəstəyimiz olmadığından müqavimətimiz də uzun müddət davam edə bilmədi. Beləcə,  Göyçədən kütləvi köç başladı... Noyabr ayının sonu, dekabrın əvvəli idi. Şaxtalı, boranlı havada minlərlə ailə evini, yurdunu tərk etməli oldu. Nə qədər uşaq yolda şaxtadan dondu. Ermənilər mərkəzi yolu bağladıqlarından Kəlbəcər yolu ilə getməli olduq. Yolda ermənilər maşınlarımızı daşa basır, önümüzü kəsir, təhdid edirdilər. Biz ürəyimizi Göyçədə qoyub, min bir əziyyətlə dədə-baba torpaqlarımızdan çıxmalı olduq. Göyçə qibləgahımızdırsa, Gəncə də pənah yerimizdir. Bu şəhər minlərlə ailəyə qucaq açdı, pənahında saxladı. Gəncədə məskunlaşdıq. Mənim atam, bibim və digər doğmalarım Göyçə həsrətilə bu dünyadan köçdülər.

Əvvəllər Göyçəyə qayıdacağımıza ümidimiz yox idisə, bu gün var. Qalib Prezidentimizin dediyi kimi, işğaldan azad olunan Ağalı kəndinin sakinləri indi doğma yurdlarında firavan yaşayırlar. Oranı heç vaxt görməyən uşaqlar belə ata yurdlarına qayıdıblar. Əminəm ki, biz də Qərbi Azərbaycana qayıdacağıq. Bu sözlər hər bir Qərbi azərbaycanlının ürəyindən xəbər verir. Göyçə bizim qibləgahımızdır. Yatanda da üzü Göyçəyə doğru yatırıq ki, biz bir gün ora qayıdacağıq. Həmişə inanırdım! Bilirdim ki, bir gün Qarabağa mütləq dönəcəyik! İndi də tam inanıram ki, Göyçəyə qayıdacağıq.

Zabit XƏLİLOV.

OXŞAR XƏBƏRLƏR
“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

XƏBƏR LENTİ
  • 13:35

    Küləkli hava şəraitiylə əlaqədar sarı xəbərdarlıq edilib
    Küləkli hava şəraitiylə əlaqədar sarı xəbərdarlıq edilib
  • 13:23

    Qazaxıstanda AES tikintisinə dair referendum baş tutub
  • 12:47

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
  • 12:29

    İsrail ordusu yeni hərbi əməliyyata başlayıb
  • 11:57

    Yeni Zelandiyada zəlzələ olub
  • 11:27

    Beyrut aeroportu fəaliyyətini bərpa edib
  • 10:54

    Xəzər rayonunda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
  • 10:10

    FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir - VİDEO
    FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir - VİDEO
Menyu