Menyu

Tarif Şurası daha bir qrup dərman vasitəsinin qiymətinin tənzimlənməsi barədə qərar qəbul edilib

Nərmin Qocamanlı
Tarif Şurası daha bir qrup dərman vasitəsinin qiymətinin tənzimlənməsi barədə qərar qəbul edilib

Tarif (qiymət) Şurasının bu gün keçirilən iclasında daha bir qrup dərman vasitəsinin qiymətinin tənzimlənməsi barədə qərar qəbul edilib.

Bu barədə "Operativ Media"ya Tarif Şurasının Katibliyindən məlumat verilib.

İclasda yeni dövlət qeydiyyatına alınan 156 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 50 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 24 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində () “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər