Menyu

Nyu-Yorkda Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçiriləcək

Nərmin Qocamanlı
Nyu-Yorkda Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçiriləcək

26 sentyabr tarixində Nyu-Yorkda ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılır.

"Operativ Media" xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu il iyulun 10-da Vaşinqtonda NATO-nun 75 illiyinə həsr olunmuş sammit çərçivəsində görüşüblər.

Tərəflər sülh sazişi üzərində işi davam etdirmək barədə razılığa gəliblər.

Onlar Azərbaycan və Ermənistanın tarixi sülh sazişinin bağlanması və dövlətlərarası münasibətlərin qurulması istiqamətində əldə etdiyi irəliləyişləri qeyd ediblər və bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəliblər.

Teqlər:

"Nyu-Yorkda Ceyhun Bayramov v\u0259 Ararat Mirzoyan aras\u0131nda g\u00f6r\u00fc\u015f ke\u00e7iril\u0259c\u0259k"

Əlaqəli Xəbərlər