25 Sentyabr 2024, 14:23
Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilib
Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilib şəkil
Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilib

Sentyabrın 25-də Bakıda təşkil olunmuş "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının müdafiə nazirinin maddi resurslar üzrə köməkçisi cənab Nenad Miloradoviç ilə görüşüb.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, əvvəlcə Serbiyanın “Yugoimport SDPR” dövlət şirkətinə məxsus stenddə nümayiş olunan silah və texnika nümunələrinə baxış keçirilib.

Daha sonra stenddə baş tutan görüşdə Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq zəminində qurulan əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən nazir birgə hərbi əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də digər məsələlər müzakirə olunub.

Son xəbərlər
İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxılıb
Qvardiola Vengerin uğurunu təkrarladı
XİN rəhbərliyi və əməkdaşları 20 Yanvar Şəhidlərinin xatirəsini anıblar
Donald Tramp ABŞ-də fövqəladə vəziyyət elan edə bilər
Azərbaycanlı MMA döyüşçüsü yeni təşkilatla anlaşdı
Qəbələdə dağlıq-meşəlik ərazidə yanğın baş verib
 Türkiyə parlamentinin sədri 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib