Çində Covid-19 tədbirlərinin yumşaldılmasından sonra 60 minə yaxın insan həyatını itirib
Ötən ayın əvvəlində Çində Covid-19 siyasətində qəfil istiqamət dəyişikliyi və sərt nəzarət tədbirlərinin yumşaldılmasından sonra 60 minə yaxın insanın öldüyü bildirilir.
"Operativ Media" xəbər verir ki, Milli Səhiyyə Komissiyası, Çində tədbirlərin ləğvinin elanından sonra 8 dekabr 2022-ci il və 12 yanvar 2023-cü il tarixləri arasında virus səbəbiylə 59,938 ölüm baş verdiyini söyləyib.
Komissiyanın Tibb İşləri üzrə Direktoru Ciao Yahui, 5 min 503 xəstənin Kovid-19 infeksiyası səbəbiylə tənəffüs çatışmazlığından, 54 min 435 xəstənin isə xərçəng və ürək-damar xəstəlikləri kimi xroniki xəstəliklərlə əlaqəli ağırlaşmalardan öldüyünü açıqlayıb.
Ciao ölənlərin orta yaşının 80,3 olduğunu və onların 90 faizinin 65 və daha yuxarı yaşda olan insanlar olduğunu bildirib.
dəqiqələr içində saytın olsun.