14 Yanvar 2023, 21:59
İbrahim Kalın: "İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməklə bağlı Türkiyənin real problemi var"
İbrahim Kalın: "İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməklə bağlı Türkiyənin real problemi var" şəkil
İbrahim Kalın: "İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməklə bağlı Türkiyənin real problemi var"

Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib ki, ölkə İsveçin NATO-ya daxil olmasını ratifikasiya etmək iqtidarında deyil.

"Operativ Media"nın məlumatına görə, bu barədə Fransanın “Le Figaro” qəzeti məlumat yayıb.

“Biz qanunu ratifikasiya üçün parlamentə göndərə bilmirik, bu məsələ ilə bağlı real problemimiz var”, - Türkiyə prezidentinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, deputatlar ratifikasiyadan imtina edə bilər.

Kalının sözlərinə görə, Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına fundamental etirazı yoxdur, lakin bunun üçün iki ölkə Ankaranın bir sıra şərtlərini yerinə yetirməlidir.

"Ümumiyyətlə, biz onları NATO-da görmək istərdik", - Kalın bildirib.

Bundan əvvəl Türkiyə, Finlandiya və İsveçin NATO-ya daxil olması üçün maneələri aradan qaldıran üçtərəfli memorandumu imzalayıb. Memorandum Türkiyədə terrorçu kimi tanınan təşkilatların fəaliyyətinə qadağa qoyulması, eləcə də Ankarada müdafiə sənayesinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlıdır.

Stokholm və Helsinki Ankaraya bildirib ki, qanunun qəbulu müəyyən qədər vaxt təlb edir.

Qeyd edək ki, Finlandiya və İsveç NATO-ya üzvlük üçün 2022-ci ildə ərizə verib. Alyansın 30 ölkəsindən yalnız Türkiyə və Macarıstan ərizəni ratifikasiya etməyib.

Son xəbərlər
Ağ Ev Putin və Tramp arasında baş tutan telefon danışığı ilə bağlı məlumat yayıb - YENİLƏNİB2
Leyla Əliyeva Qubada Qırmızı qəsəbədə “Altı günbəz” sinaqoqu ilə tanış olub
İlham Əliyev: "Bakıya tanklarla gəlib çay içəcəyik” deyənlər indi məhkəmə qarşısında cavab verirlər
“Neft Daşları”nda kran dənizə düşüb
Zelenski Finlandiyaya səfər edib
Prezident: Bir çox xarici ali məktəblərdə bizim uğurlu əməliyyatımız öyrənilir
Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB
Rusiyada Mİ-28 helikopteri qəzaya uğrayıb