Menyu

Ərdoğan: Ermənistan Azərbaycanla sülh müqaviləsində Türkiyədən dəstək gözləyir

Əsəd Abbaslı
Ərdoğan: Ermənistan Azərbaycanla sülh müqaviləsində Türkiyədən dəstək gözləyir

Ermənistan hakimiyyəti Azərbaycanla sülh müqaviləsinin bağlanmasında Türkiyədən dəstək gözləyir.

"Operativ Media" xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Hörmətli Paşinyanın yanaşmalarına baxsaq, mənfi tendensiya görməyəcəyik. Onlar bizdən, Türkiyədən Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması və mehriban qonşuluğun yaradılmasında dəstək gözləyirlər. Biz də bu məqsədi güdürük və bu istiqamətdə səylər göstəririk. Ermənistan və Azərbaycan arasında sülh hər iki ölkə üçün yeni imkanlar və mənfəətlər üçün qapı açacaq. Bu sülh prosesinin müsbət nəticəsi Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesinə də müsbət təsir göstərəcək.”, - deyə Ərdoğan bildirib.

Teqlər:

"\u018frdo\u011fan: Erm\u0259nistan Az\u0259rbaycanla s\u00fclh m\u00fcqavil\u0259sind\u0259 T\u00fcrkiy\u0259d\u0259n d\u0259st\u0259k g\u00f6zl\u0259yir"

Əlaqəli Xəbərlər