Menyu

Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq

Əziz Əzizli
Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq

Ermənistan Azərbaycanla sülhə nail olmaq üçün konstitusiyada dəyişikliklərə hazırdır.

"Operativ Media" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.

“Azərbaycanla sülh müqaviləsi imzalansa, onun məzmununun əsas qanuna uyğunluğunu yoxlamaq üçün saziş ölkənin Konstitusiya Məhkəməsinə göndəriləcək. Əgər Konstitusiya Məhkəməsi müqavilənin Ermənistan Konstitusiyasına zidd olduğu qənaətinə gəlsə, onda biz elə vəziyyətə düşəcəyik ki, sülhə nail olmaq naminə Konstitusiya dəyişiklikləri zəruri olacaq”, - N.Paşinyan bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər