http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Vətən müharibəsi regionda atmosferi tamamilə dəyişərək, yeni reallıqlar yaradıb - ŞƏRH

27 Sentyabr 2024 , 10:48
Vətən müharibəsi regionda atmosferi tamamilə dəyişərək, yeni reallıqlar yaradıb - ŞƏRH

​“27 sentyabr - Anım Günü Azərbaycan tarixinin unudulmaz səhifəsidir. Qələbəmizə gedən yolun başlanğıcıdır. Erməni faşitlərinin başının əzildiyi günün təməlidir. Bu günü xalqımız heç vaxt unutmayacaq”.

"Operativ Media" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Tahir Rzayev deyib.

Vətən müharibəsi regionda atmosferi tamamilə dəyişərək, yeni reallıqlar yaradıb - ŞƏRH

Millət vəkili 44 günlük Vətəb müharibəsinin Azərbaycan xalqına yeni ümidlər bəxş etdiyini bildirib:

“Vətənin istiqlaliyyəti və müstəqilliyimizin tam təmin olunması yolunda canından keçən şəhidlərimizin ruhu hər zaman xatırlanacaq. Vətən müharibəsi Azərbaycan xalqına yeni ümidlər, yeni səhifələr bəxş etdi. 44 günlük Vətən müharibəsi dünyaya Azərbaycan xalqının mübariz olduğunu bir daha sübut etdi. Azərbaycan xalqı döyüşməyi, öz torpaqlarını düşmənin əlindən xilas etməyi bacarır. Bu qələbə ölkəmizin rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin uzun illər düşündüyü, qərar verdiyi siyasətin nəticəsidir. 44 gündə Azərbaycan ordusu keçilməz meneələri dəf etdi. Həmin dövrdə xalqımız bir yumruq kimi birləşdi. Azərbaycan Prezidenti özünün iradəsini, qətiyyətini ortaya qoydu və dünyaya sübut etdi ki, Azərbaycanın torpaqları işğal altında qala bilməz. Xalqımız öz haqqını tələb etməyə və onun uğrunda vuruşmağa, qələbə çalmağa qadirdir”.

Tahir Rzayev Vətən müharibəsindən sonra regionda baş verən hadisələr barəsində danışıb:

“44 günlük müharibə regionda yeni reallıqlar yaratdı. Regiona, eləcə də dünyaya sübut etdi ki, Azərbaycan xalqının mübarizəsi hərbə yox, ədalətə söykənir. Demokratiyaya xidmət edir. Azərbaycan prezidenti öz çıxışlarında dəfələrlə bildirib ki, biz hərbin yox, sülhün tərəfdarıyıq.

44 günlük Vətən müharibəsində qazanılan qələbə təkcə Azərbyacan üçün deyil, həm də region üçün çox böyük əhəmiyyətə malikdir. Bu gün regionda həyata keçirilən tədbirlərdən aydın olur ki, Azərbaycanın qələbəsi qonşu dövlətlərə də müsbət təsir göstərmişdir.

Gürcüstanda demokratik təsisatlar xeyli möhkəmlənib. Rusiya ilə əməkdaşlıq genişlənib. Türkiyə Azərbyacanın əbədi dostu və silahdaşıdır. Bu qələbə Azərbaycan-Türk xalqlarını daha da yaxınlaşdırıb. İranla münasibətlədə də müəyyən irəliləyişlər var. Bu müharibə Cənubi Qafqazda sülhün təmin edilməsi üçün çox vacib idi. Vətən müharibəsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılıb. Bu qələbə regionda atmosferi tamamilə dəyişərək, yeni reallıqlar yaradıb”.

Deputat Ermənistanın reallıqdan düzgün nəticə çıxarmalı olduğunu vurğulayıb:

“İşğaldan azad olmuş ərazilərdə həyata keçirilən möhtəşəm tədbirlər – bərpa, quruculuq, tikinti işləri bunun yaxşı nümunəsidir. Bu gün işğaldan azad olmuş ərazilərə səfər edən xarici qonaqlar yaradılmış möhtəşəm vəziyyəti gördükcə, Azərbaycan haqqında fikirləri yenilənir. Salınan şəhərlər Azərbaycan iqtisadiyyatının güclü olduğunu sübut edir.

Bu gün Anım günüdür. Azərbaycan xalqı bu günlə qürur duyur. Azərbaycan xarici ölkələrlə sülh, əmin-amanlıq, yaratmaq tərəfdarıdır. Ölkə Prezidenti də bunu dəfələrlə qeyd edib. 44 günlük müharibədə qalib gəlməyimizə baxmayaraq, bu gün də Azərbaycan prezidenti Ermənistanı sülh müqaviləsi bağlamağa və əməkdaşlıq etməyə çağırır. Və onun havadarlarına, təcavüzkar ölkəni silahlandıranlara bildirir ki, Azərbaycan heç vaxt təcavüzə boyun əyməyəcək, öz torpaqlarını xilas etmək üçün bütün vasitələrdən istifadə edəcəkdir. Bunu Azərbaycan prezidentinin uzaqgörən siyasəti və apardığı sülh, demokratiya danışıqları bizə diktə edir. Ermənistanı təcavüzə səsləyən, ona yardım edən ölkələr bunu dərk etməlidirlər. Ermənistan reallıqdan düzgün nəticə çıxarmalıdır. Düşdüyü iqtisadi-siyasi-mənəvi böhrandan xilas olmaq üçün, tezliklə sülh müqaviləsini imzalamalıdır. Azərbaycanla münasibətlərini yaxşılaşdırmağa çalışmalıdır. Bir daha qeyd edirəm ki, 27 sentyabr Anım günü bizim üçün əziz və unudulmaz gündür. Qələbəmiz üçün canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Xalqımıza yeni qələbələr arzulayıram”.

OXŞAR XƏBƏRLƏR
Bir milyondan artıq insan üçün Vətən müharibəsi həm də haqqın, ədalətin bərpası demək idi - ŞƏRH

Bir milyondan artıq insan üçün Vətən müharibəsi həm də haqqın, ədalətin bərpası demək idi - ŞƏRH

Elnur Məmmədov Qəzza təmas qrupunun iclasına qatılıb

Elnur Məmmədov Qəzza təmas qrupunun iclasına qatılıb

Ceyhun Bayramov mərakeşli həmkarı ilə görüşüb

Ceyhun Bayramov mərakeşli həmkarı ilə görüşüb

XƏBƏR LENTİ
  • 13:23

    “Argus” MMC nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat vermədiyi üçün cərimələnib
  • 13:19

    Lukaşenko: Belarus öz istehsalı olan mobil telefon yaradacaq
  • 13:14

    Zərdabda silah-sursat tapılıb
  • 13:10

    İsraillə gərginlikdən sonra Livanın cənubunda 90 mindən çox insan evlərini tərk edib
  • 12:59

    Qətər Qəzza əhalisinə humanitar yardım üçün əlavə 100 milyon dollar ayıracaq
  • 12:42

    DİM növbəti buraxılış imtahanlarının proqramları dərc edib
  • 12:35

    Bir milyondan artıq insan üçün Vətən müharibəsi həm də haqqın, ədalətin bərpası demək idi - ŞƏRH
    Bir milyondan artıq insan üçün Vətən müharibəsi həm də haqqın, ədalətin bərpası demək idi - ŞƏRH
  • 12:28

    Fergus Auld Anım Günü ilə bağlı paylaşım edib
Menyu