http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Elnur Məmmədov Qəzza təmas qrupunun iclasına qatılıb

27 Sentyabr 2024 , 12:18
Elnur Məmmədov Qəzza təmas qrupunun iclasına qatılıb

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində "Qəzzadakı vəziyyət, ədalətli və hərtərəfli sülhə aparan yol kimi İki Dövlət Həllinin həyata keçirilməsi" mövzusunda keçirilən iclasda iştirak edib.

"Operativ Media" xəbər verir ki, bu barədə nazirlik sosial şəbəkə hesabında məlumat yayıb.

İclasda İsrail-Fələstin münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq ədalətli və davamlı həllinin təcili tapılmasının zəruriliyi vurğulanıb. Həmçinin Azərbaycanın iki dövlət prinsipi əsasında həllinə qətiyyətlə dəstək verdiyi qeyd edilib.

Nazir müavini, həmçinin BMT Təhlükəsizlik Şurasının "Sülh naminə liderlik: BMT Nizamnaməsinə hörmət edərək təhlükəsiz gələcək axtarışında" mövzusunda yüksək səviyyəli açıq müzakirədə iştirak edib və bəyanat verib. E.Məmmədov çıxışı zamanı çoxtərəfli əməkdaşlığın etibarlılığını təmin etmək üçün BMT Nizamnaməsinə ciddi riayət olunmasına dair Azərbaycanın prinsipial mövqeyini bir daha vurğulayıb. Azərbaycanın çoxtərəfli əməkdaşlığa qəti dəstəyinin Qoşulmama Hərəkatına keçmiş sədrliyi, eləcə də hazırkı COP29 prezidentliyi də daxil olmaqla, beynəlxalq platformalardakı fəaliyyətinin əsas elementi olduğu bildirilib.

OXŞAR XƏBƏRLƏR
Bir milyondan artıq insan üçün Vətən müharibəsi həm də haqqın, ədalətin bərpası demək idi - ŞƏRH

Bir milyondan artıq insan üçün Vətən müharibəsi həm də haqqın, ədalətin bərpası demək idi - ŞƏRH

Ceyhun Bayramov mərakeşli həmkarı ilə görüşüb

Ceyhun Bayramov mərakeşli həmkarı ilə görüşüb

ABŞ-nin Azərbaycandakı səfiri Şəhidlər xiyabanını ziyarət edib

ABŞ-nin Azərbaycandakı səfiri Şəhidlər xiyabanını ziyarət edib

XƏBƏR LENTİ
  • 15:14

    "Tottenhem"in hücumçusu: "Komanda ruhu göstərdik"
  • 15:00

    27 sentyabr Azərbaycanın qalib xalq kimi özünü bütün dünyaya tanıtdığı gündür - Millət vəkili
  • 14:56

    Ötən gün polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlanıb
  • 14:50

    Xəzər TV-nin yaxınlığında baş vermiş güclü yanğın məhdudlaşdırılıb - VİDEO - YENİLƏNİB 6
    Xəzər TV-nin yaxınlığında baş vermiş güclü yanğın məhdudlaşdırılıb - VİDEO - YENİLƏNİB 6
  • 14:43

    XRİTDX-nin şəxsi heyəti 27 sentyabr - Anım Günü ilə əlaqədar İkinci Şəhidlər Xiyabanını ziyarət edib
  • 14:39

    Baş Prokurorluğun rəhbər heyəti Zəfər Parkında olub
  • 14:26

    Fərid Qayıbov Zaqatala Olimpiya İdman Kompleksinə baxış keçirib
  • 14:22

    ADY-də şəhidlərin xatirəsi yad edilib
Menyu