Menyu

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib

Nərmin Qocamanlı
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib
1 dəq oxu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib.

"Operativ Media" xəbər verir ki, Əbu-Dabi Prezident Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin ədliyyə naziri Abdulla bin Avad Əl-Nueymi və digər rəsmi şəxslər qarşılayıblar.

Əlaqəli Xəbərlər