Davitaşvili : Gürcüstan hakimiyyəti qonşu ölkələrlə dost münasibətlər qurmağa çalışır
Nərmin Qocamanlı
"Gürcüstan hakimiyyəti qonşu ölkələrlə dost münasibətlər qurmağa çalışır ki, biznes üçün sabit bir mühit yaransın".
"Operativ Media" xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Vitse-Prezidenti və İqtisadiyyat və Dayanıqlı İnkişaf Naziri Levan Davitaşvili bildirib.
"Biz sülhə və sabitliyə, həmçinin bütün qonşu ölkələrlə dost münasibətlərə fokuslanmışıq. Bu, çox çətindir, amma bizim üçün biznes üçün sabit və proqnozlaşdırıla bilən bir mühit yaratmaq çox vacibdir," – Davitaşvili qeyd edib.
Davitaşvili qeyd edib ki, Tbilisinin ümumi siyasəti sülhə və sabitliyə yüksək prioritet verməkdir. Vitse-Prezidentin sözlərinə görə, proqnozlaşdırılma Gürcüstanın iqtisadi inkişafı üçün vacibdir.