http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Hikmət Hacıyev: Ermənistanda Azərbaycana qarşı regionda sülhü təhdid edən revanşizmə əl atmayacağına zəmanət olmalıdır

27 Sentyabr 2024 , 18:34
Hikmət Hacıyev: Ermənistanda Azərbaycana qarşı regionda sülhü təhdid edən revanşizmə əl atmayacağına zəmanət olmalıdır

Artıq regionda Ermənistanın xoşməramlılığı ilə deyil, Azərbaycanın hərbi və məcburi tədbirləri sayəsində əldə olunmuş faktiki sülh var.

"Operativ Media" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İtaliyanın aparıcı mətbu orqanlarından olan “La Repubblica” qəzetinə geniş müsahibəsində deyib.

"Otuz il ərzində münaqişənin həlli istiqamətində nəzərəçarpacaq nəticə əldə edilmədiyi üçün 2020-ci və 2023-cü illərdə biz Ermənistanın işğal etdiyi Qarabağ torpaqlarını azad edən və bununla da ərazi bütövlüyümüzü bərpa edən iki hərbi əməliyyat keçirməyə məcbur olduq. Biz müharibədə qalib gəldik, indi sülhü də əldə etmək istəyirik.

Biz sülhə həmişəkindən daha yaxınıq, lakin hələ də qarşıda maneələr var. Birincisi, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan Ermənistan konstitusiyasıdır. Onun preambulası erməni dilində Qarabağın Azərbaycan ərazilərinin Ermənistana “birləşdirilməsi” mənasını verən “Miatsum” sözü yazılan müstəqillik bəyannaməsinə istinad edir. Biz təkcə Ermənistan hökuməti ilə deyil, həm də Azərbaycanda ərazi iddialarından əl çəkərək konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçirilməsi tələbi ilə səsini ucaltmalı olan erməni xalqı ilə də sülh razılaşması əldə etmək istəyirik. Sülh müqaviləsi kağız parçası deyil, Ermənistanda heç kimin bir daha Azərbaycana qarşı regionda sülhü təhdid edən revanşizmə əl atmayacağına zəmanət olmalıdır", - Prezidentin köməkçisi bildirib.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov Malinin XİN rəhbəri ilə COP29-u müzakirə edib

Ceyhun Bayramov Malinin XİN rəhbəri ilə COP29-u müzakirə edib

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb

Ceyhun Bayramov İqlim Maliyyəsi mövzsunda dialoq tədbirində çıxış edib

Ceyhun Bayramov İqlim Maliyyəsi mövzsunda dialoq tədbirində çıxış edib

XƏBƏR LENTİ
  • 21:07

    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
  • 21:05

    Lavrov suriyalı həmkarı ilə görüşüb
  • 20:59

    Azərbaycan PL: "Araz-Naxçıvan" "Səbail"i məğlub etdi
  • 20:43

    Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb - YENİLƏNİB
  • 20:10

    İsrail ordusu Livanın paytaxtı Beyruta aviazərbələr endirib - VİDEO
  • 19:50

    DİN-də Anım Gününə həsr olunmuş tədbir keçirilib
    DİN-də Anım Gününə həsr olunmuş tədbir keçirilib
  • 19:33

    Bakının üç rayonunda qaz kəsiləcək
  • 19:21

    ADY-nin kollektivi Zəfər parkını ziyarət edib
Menyu