Menyu

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb

Əziz Əzizli
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb

BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında görüş baş tutub.

"Operativ Media" xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

Məlumata görə, tərəflər Azərbaycan və Özbəkistan arasında qardaşlıq, dostluq və həmrəyliyə əsaslanan müttəfiqlik münasibətlərinin siyasi, iqtisadi, nəqliyyat, mədəni, humanitar və digər aspektlərini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov özbəkistanlı həmkarına COP29-a hazırlıq, eləcə də regionda münaqişədən sonrakı vəziyyət barədə məlumat verib

Teqlər:

"Ceyhun Bayramov \u00f6zb\u0259kistanl\u0131 h\u0259mkar\u0131 il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"

Əlaqəli Xəbərlər